Şuşanın qardaşlaşdığı şəhərlərin sayı 7-yə çatıb
17.03.2023
"Serbiyanın Novi Pazar şəhəri ilə qardaşlaşma haqqında Anlaşma memorandumu Şuşa işğaldan azad edildikdən sonra imzalanan sayca 7-ci analoji sənəddir”.
"DM" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
"Amma ilk Anlaşma Memorandumudur ki, məhz Şuşa şəhərində imzalanır. Digər anlaşma sənədləri xarici ölkələrin Şuşa şəhəri ilə qardaşlaşan şəhərlərində imzalanıb”, - xüsusi nümayəndə qeyd edib.
Aydın Kərimov onu da bildirib ki, bu Anlaşma Memorandumu Azərbaycan və Serbiya dövlət başçılarının qarşılıqlı uğurlu siyasətlərinin davamı olaraq Azərbaycan və serb xalqları arasında mədəni, iqtisadi, sosial əlaqələrin daha da inkişaf etməsi və möhkəmlənməsində mühüm rol oynayacaq, həmçinin bu sənədin imzalanmasını bu istiqamətdə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar.