FHN tərəfindən ötən il 1800 nəfər xilas edilib
17.03.2023
2022-ci ildə fövqəladə halların və bədbəxt hadisələrin aradan qaldırılması zamanı 510-u uşaq olmaqla 1800 nəfər xilas edilib.
"DM" xəbər verir ki, bu, "Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, 44 nəfərə ilkin yardım göstərilib.
Həmçinin 98 nəfərin cəsədi deformasiya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb.