Laçın rayonunun əvvəlki dəhliz hissəsi üzrə daşınmaz əmlakların sayı açıqlanıb
17.03.2023
Laçın rayonunun əvvəlki dəhliz hissəsi üzrə Laçın şəhəri, Sus, Zabux, Bəylik, Qızılca, Qarıkaha, Turşsu, Ağanus kəndlərində ilkin invertarlaşdırma işləri aparılıb.
"DM" xəbər verir ki, bu, "Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, ərazidə ümumilikdə 1355 ədəd daşınmaz əmlak (760 ədəd fərdi yaşayış evi, 10 ədəd çoxmənzilli yaşayış binası, 159 ədəd qeyri-yaşayış təyinatlı tikili və 426 ədəd köməkçi tikili) siyahıya alınıb.