03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Erməni təcavüzü ilə bağlı 32 cinayət işi başlanılıb

17.03.2023

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin tələbləri pozulmaqla həmin tarixdən sonrakı müddət ərzində davam edən erməni təcavüzü ilə bağlı 32 cinayət işi başlanılıb.

"DM" xəbər verir ki, bu, "Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, 27 sentyabr 2020-ci il tarixində başlanan və 44 gün davam edən Vətən Müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Azərbaycana və vətəndaşlarına qarşı törədilən cinayətlər faktlarına dair prokurorluq orqanlarında 57 cinayət işi istintaqı aparılıb.

Ümumilikdə 89 cinayət işinin istintaqı 2022-ci ildə davam etdirilib.

Həmin 89 cinayət işi üzrə ümumilikdə 125 nəfər mülki şəxs öldürülüb, 534 nəfər xəsarət alıb.