Emin Hüseynov: Talış kəndinə daha 158 ailə köçürüləcək
16.03.2023
Talış kəndində birinci mərhələdə 20 yaşayış evi və 9 qeyri-yaşayış binası, eyni zamanda, 4 yol kommunikasiya şəbəkəsi tam olaraq bərpa edilib.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O bildirib ki, Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir və ilk dəfədir kənd tamamilə qazlaşdırılıb: "Bərpa-quruculuq işləri davam etdirilir. Növbəti mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulub. Bu, layihənin ikinci fazasıdır. Bu evlərin tikintisi çox qısa bir vaxt çəkəcək”.