İshaq Hersoq: Vətəndaş müharibəsi astanasındayıq
16.03.2023
İsrail hazırda vətəndaş müharibəsi astanasındadır.
"DM" xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq deyib.
"Hazırda İsrail dövlətinin müstəqilliyinin 75-ci ilində biz uçurumun bir addımlığındayıq. Məhkəmə islahatları ətrafında siyasi qüvvələrin qızğın mübarizəsi nəticəsində ölkə uçurum və vətəndaş müharibəsi astanasına gətirilib”, - o bildirib.
Qeyd edək ki, İsrail şəhərlərində hökumətin təklif etdiyi məhkəmə islahatlarına qarşı kəskin etiraz aksiyaları keçirilir.