Tərtərin Talış kəndinə köçürülmə prosesinə başlanıb
16.03.2023
"Böyük Qayıdış” ın növbəti mərhələsi Tərtərdə reallaşıb.
"DM"xəbər verir ki, bu gün rayonun işğaldan azadedilmiş Talış kəndinə köçürülmə prosesinə başlanıb.
Kəndə ilkin mərhələdə 90 nəfərdən ibarət 20 ailə köçürülür. Bakı, Samux və Tərtərdə məskunlaşmış ailələrin köçkünlük həyatına birdəfəlik son qoyulur.
Bununla bağlı Tərtər şəhərindəki Bayraq Meydanında tədbir təşkil olunub.