Papikyan “artsax respublikası” sözünü qadağan edib
16.03.2023
Ermənistan müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyinin bölmə komandanlarına "Arstax respublikası” ifadəsini işlətməyi qadağan edib.
"DM" xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Məlumata görə, bununla bağlı Papikyan xüsusi əmr imzalayıb:
"Təcili olaraq leksikondan "Artsax respublikası” ifadəsi yığışdırılsın, əvəzinə yalnız "Dağlıq Qarabağ” ifadəsi işlədilsin”.