Brilliant ayaqqabı
08.11.2018
"Dövran Media” Ria.novostiyə istinadən xəbər verir ki, Şanxayda tamamilə brilliantla örtülmüş qadın ayaqqabısı nümayışə çıxarılıb.
Qiymətı 4,3 miliyon dollar dəyərində olan ayaqqabı Şanxayda keçirilən Beynəlxalq Ekspo Sərgisində nümayiş etdirilir. Genevant Şirkətinin rəsmisi Çen Pinyuyun dediyinə görə, adamlar ona yaxından tamaşa etmək və şəkilini çəkmək üçün saatlarla növbədə dayanırlar. İnsanlar səhər saat 10-dan şirkətin stendində uzun növbələrdə dayanaraq sözün əsil mənasında zərgərlik işinə baxmaq arzusundadırlar. Mühafızəçilər onlara bunun bir neçə saat vaxt aparacağına söyləsələr də, gözəl ayaqqabı həvəskarları olan xanımları bu hec də dayandırmır. Belə ki, Çində növbələrdə dayanmağı "milli idman” növü saymaq olar.