Nikol Paşinyan: Bakıdan sülhlə bağlı yeni təkliflər almışıq
16.03.2023
Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.
"DM" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
O bildirib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb:
"Biz yaxın gələcəkdə öz mövqeyimizi təqdim edəcəyik. Biz sülh perspektivinə sadiqik”.