Bakıda bu prospektin bir hissəsində hərəkət məhdudlaşdırılır
16.03.2023
Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən "20 Yanvar” dairəsi istiqamətində (yalnız yol ötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, sözügedən yol ötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 00:00-dək tətbiq ediləcək.
Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən "20 Yanvar” dairəsi istiqamətində kənar yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.