Bakıda kütləvi davada öldürülən və bıçaqlanan şəxslər DSX əməkdaşlarıdır
16.03.2023
Bakıda kafedə musiqi sifarişi üstündə baş verən davada ölən və xəsarət alan şəxslərlə bağlı bəzi məqamlar ortaya çıxıb.
"DM" xəbər verir ki, hadisə zamanı 1988-ci il təvəllüdlü Vəliyev Cəsarət Baxış oğlu və 1994-cü il təvəllüdlü Həsənov Camal Hafiz oğlu bıçaqlanıb.
Cəsarət Vəliyev aldığı bıçaq xəsarətlərindən ölüb. Camal Həsənov isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ölən və xəsarət alan şəxslər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.