21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ostin: 9 ölkə Ukraynaya 150 ədəd “Leopard” göndərməyi öhdəsinə götürüb

15.03.2023

Ukraynaya 150 ədəd Almaniya istehsalı "Leopard” tankı tədarük etmək barədə 9 ölkə öhdəlik götürüb.

"DM" xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - "Ramşteyn formatı”nın onlayn keçirilən onuncu iclası zamanı deyib.

Ostin həmçinin qeyd edib ki, Kiyevə hava hücumundan müdafiə (HHM) sistemləri verən ölkələrin sayı da artmaqda davam edir.

Onun sözlərinə görə, "Leopard” tankları göndərən ölkələrin koalisiyası böyüməkdə davam edir.

"Biz hazırda Ukraynanın azadlıq mübarizəsinin həlledici məqamındayıq. Hamımız davamlı olaraq qətiyyət və birlik nümayiş etdirməliyik. Bu da öz növbəsində üzərimizə düşən öhdəliklərin tam miqyasda və ən qısa müddətdə yerinə yetirilməsi deməkdir” – deyə Pentaqon rəhbəri vurğulayıb.

Ostin həmçinin Ukraynaya göndərilən döyüş sursatlarının və HHM sistemlərinin həcminin artırılmasına, xüsusən sursatların və sistemlərin sənaye istehsalı üçün innovativ həllərin hazırlanmasına çağırış edib.

Pentaqon rəsmisinin məlumatına görə, Rusiya Ukraynada müharibəyə başlayandan indiyə qədər ABŞ Ukraynaya hərbi yardım etmək üçün 32 milyard dollardan çox vəsait ayırıb.