Azərbaycanlı fəallar Tehran küçələrini şüarlara bürüyüb
15.03.2023
Bir qrup azərbaycanlı fəal İranın paytaxtında bir çox bölgələrdə rejimin ayrı-seçkilik siyasətinə etiraz olaraq üzərinə şüarlar yazılmış vərəqələr yayıblar.
Bu barədə "Azad İran” "Telegram” kanalında xəbər verilib.
Məlumata görə, azərbaycanlı fəalların şəhərdə yaydığı yazılı vərəqələrdə "Tehran - qeyri-fars millətlərin iqtisadi sürgün mərkəzi”, "Müstəqillik - qeyri-fars xalqların yeganə çıxış yolu” şüarları əks olunub.
Bildirilir ki, həmin vərəqələri yaymaqla fəallar son 100 ildə İran mərkəzi hakimiyyətinin Azərbaycan türklərinə və başqa qeyri-farslara qarşı sistematik zülmünə etirazlarını bildiriblər.