Kreml yeni səfərbərlik dalğası ilə bağlı açıqlama verib
15.03.2023
Regionlarda hərbi komissarlıqların vətəndaşlara çağırış vərəqələri verməsi adi praktikadır. Kremldə yeni səfərbərlik dalğası barədə müzakirələr aparılmır.
"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu mövzuda heç bir müzakirəmiz yoxdur. Bu, sadəcə məlumat bazasını yeniləmək və dəqiqləşdirmələr üçün aparılan daimi işdir. Bütün detallar üçün birbaşa hərbi komissarlığa, dəqiqləşdirmə üçün isə Müdafiə Nazirliyinə müraciət etməlisiniz”, - Peskov bildirib.
Qeyd edək ki, bir müddət öncə Lipetsk vilayətinin rəhbərliyi bəzi sakinlərin hərbi komissarlıqlardan çağırış vərəqələri almaları haqqında məlumat yaymışdı.