AMEA: 2020-ci ildən bu yana Fransada 89 məscid bağlanıb
15.03.2023
2020-ci ildən bu yana Fransada 89 məscid, 650-ə yaxın ibadət yeri bağlanıb.
"DM" xəbər verir ki, bunu AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Rauf Məmmədov İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda "Fransada islamofobiya” adlı plenar iclası zamanı deyib.
"Fransa hakimiyyəti 1989-cu ildən başlayaraq, müsəlman əhalisi çox olan Fransa şəhərlərində özlərinin icmalarını yaratmağa başladılar. Bu, məhdudlaşdırma siyasətinin bir parçası idi. Sonrakı illərdə Fransada bəzi elə qanunlar verildi ki, bütün inanclı insanların inancını tanıyırdı, amma müsəlmanlarınkını yox", - o əlavə edib.