Cahit Bağçı 13 yaşlı İbrahimin ailəsinə vəd verib - FOTO
15.03.2023
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Qubanın Xınalıq kəndinin sakini, 13 yaşlı İbrahimlə bağlı paylaşım edib.
Səfir polşalı bloqerlə ingilis dilində danışan İbrahimlə görüşüb.
O, bu barədə öz "Twitter” hesabında yazıb.
"Bu gün Qubanın kəndlərindən birində yaşayan 13 yaşlı İbrahim Zeynalovla görüşdük. Eşitdim ki, hüquqşünas olmaq istəyir. Bu işdə ona uğurlar arzuladıq. Atasına dedik ki, onun təhsilinə dəstək olmağa hazırıq”, - deyə o, paylaşımında qeyd edib.