Orta Dəhliz boyu sadələşdirilmiş tranzit qaydası hazırlanacaq
15.03.2023
Bakıda "Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu "bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planı” qəbul edilib.
"DM”-nın məlumatına görə, Fəaliyyət Planı Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu "bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüş çərçivəsində gömrük xidmətlərinin rəhbərləri tərəfindən qəbul edilib.
İclasın sonunda yekun protokol imzalanıb.