Amaliya Pənahovanın son paylaşımı - VİDEO
08.11.2018
Bir az əvvəl vəfat etməsi xəbəri yayılan xalq artisti Amaliya Pənahova sosial şəbəkədə sonuncu dəfə noyabrın 1-də paylaşım edibmiş.
"Dövran Media"nın məlumatına görə, sənətkar oktyabrın 31-də rəhbəri olduğu Bakı Bələdiyyə Teatrında Cümhuriyyətin 100 illiyinə ithaf olunmuş "Şanlı Vətən" tamaşasından video paylaşıb. Son bir həftə ərzində isə o, sosial şəbəkədən demək olar ki, istifadə etməyib.
Qeyd edək ki, 73 yaşlı sənətkar bu gün səhər saatlarında vəfat edib.