Akar Rusiya qırıcısının ABŞ dronu ilə toqquşmasından danışıb
15.03.2023
Türkiyənin müdafiə naziri Hulusi Akar dünən Qara dəniz üzərində Rusiya qırıcı təyyarəsinin ABŞ-a məxsus dronla toqquşmasına münasibət bildirib.
"DM" "Sputnik Türkiye”yə istinadən xəbər verir ki, Hulusi Akar deyib ki, məsələni yaxından izləyirlər, müxtəlif təmaslar var.
Qeyd edək ki, ötən gün Rusiya qırıcı təyyarəsi Qara dəniz üzərində ABŞ-a məxsus dronla toqquşub.
ABŞ tərəfi bildirib ki, Rusiyaya məxsus iki qırıcı təyyarə beynəlxalq hava məkanında gündəlik missiyasında olan ABŞ dronunun qarşısını kəsməyə çalışıb.
ABŞ-ın Avropa komandanlığının məlumatında bildirilib ki, "rusların təhlükəli və qeyri-peşəkar davranışları” dronla qırıcı təyyarələrdən birinin toqquşmasına səbəb olub.