Ramazan ayının təqvimi açıqlanıb
15.03.2023
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb.
İdarədən verilən xəbərə görə, Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilib. Digər bölgələr Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləməlidilər.
Qeyd edək ki, martın 23-ü Ramazan ayı başlayacaq. Aprelin 9, 11, 13 və 17-də Qədr (Əhya) gecələri olacaq. Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır.