Tacikistan cəzaçəkmə müəssisəsində qiyam - ölənlər var
08.11.2018
Ötən gecə Tacikistanin Soqd vilayətinin Xocənd şəhərində ciddi rejimli həbsxanada baş verən qiyam nəticəsində 13 məhbus həlak olub.
"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, İŞİD qruplaşmasının üzvü olmaqda ittiham edilən məhbuslardan biri keşikçinin avtomatını əlindən alıb, həbsxananın nəzarətçilərinə və keşikçilərinə atəş açıb. Bundan sonra məhbuslar birləşərək kalonun bir korpusunu ələ keçiriblər.
Soqd vilayəti Daxili İşlər İdarəsinin xüsusi təyinatlıları qiyamı yatırıblar.
Bu həbsxanada terrorizm və ekstremizmdə ittiham olunanlar, həmçinin müxtəlif terrorçu qruplaşmanın üzvü olan məhbuslar saxlanılır.