21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“İslamofobiya siyasi bir mübarizədir”

15.03.2023

"İslamofobiya siyasi bir mübarizədir”.

"DM”-nın xəbərinə görə, bunu sosial nəzəriyyə və müstəmləkəçilik düşüncələri üzrə professor, Lids Universitetində sosiologiya və sosial siyasət məktəbinin rəhbəri Salman Sayyid Bakıda keçirilən "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Professor bildirib ki, bu tədbirdə iştirak edən hər kəs islamofobiyanın nə olduğunu yaxşı başa düşür:

"Anlayır ki, bu bir problemdir. İslamofobiyanın tədqiqinin 30 yaşı var. Lakin bu sahənin tədqiq edilməsi üçün qanuni şəkildə şərait yaradılmalıdır. İslamofobiya dünyanın istənilən yerində rast gəlinə bilər və bu, irqçiliyin, ayrı-seçkiliyin bir növüdür. İslamofobiya gündəlik hadisələrdən soyqırımına qədər davam edə bilər və bu təcrübələr sistemli bir hal alıb. Müsəlmanlara qarşı ayrı-seçkiliyi bir çox yerlərdə müşahidə edirik və bu hal bir çox insanın həyatında öz təzahürünü tapır. Unutmaq olmaz ki, islamofobiya gender əsaslı bir məsələdir və əsasən qadınlara yönələn bir prosesdir. Hökumətlər hansısa konkret tədbirlər gördükdə ümumi terminlərdən istifadə edirlər. Lakin hesab edirəm ki, epizodik yanaşmalarla fikirlərimizi bu məsələdən yayındırmamalıyıq”.