03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ prezidentliyinə real namizəd Ukrayna ilə bağlı planlarını açıqlayıb - FOTO

15.03.2023

"Ukrayna ABŞ-nin milli maraqları sırasında deyil”.

Bu barədə ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis Ukrayna böhranını şərh edərkən bildirib.

Xatırladaq ki, ekspertlər Ron Desantisi 2024-cü ildə keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə əsas namizədlərdən biri adlandırırlar.

"ABŞ-nin bir çox həyati əhəmiyyətli milli maraqları var - sərhədlərin təhlükəsizliyinin təminatı, silahlı qüvvələrin döyüş hazırlığının gücləndirilməsi, enerji təhlükəsizliyi və müstəqilliyi, Çin Kommunist Partiyasının iqtisadi, mədəni və hərbi gücünün nəzarət altına alınması... Ukrayna və Rusiya bu sıraya daxil deyil”, - deyə siyasətçi qeyd edib.


Mənbə: "Fox News”