03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan” Nəşriyyatındakı 200 redaksiyaya XƏBƏRDARLIQ

08.11.2018

"Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən sifarişçi redaksiyalar hər ay kommunal borclarını və icarə məbləğini ödəyə bilirlər”.
Bu barədə Azərbaycan Nəşriyyatının İqtisadiyyat şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, heç bir redaksiya bir illik icarə xərclərini əvvəlcədən ödəmir:
"Redaksiyalar aylıq gəlirləri hesabına hər ayın sonunda "Azərbaycan” Nəşriyyatına olan borclarını qapadırlar. Bununla bağlı nəşriyyatın səlahiyyətli şəxsləri tərəfindən borclu redaksiyalara müvafiq məktub ünvanlanır, ödənişin gecikdirilməməsi xaiş olunur. Maliyyə çətinlikləri ilə qarşılaşan, bir neçə ay nəşriyyata olan borcunu ödəməyən redaksiyalara rast gəlirik. Əməkdaşlığa davam etmək istəyən qəzet və jurnallara müraciətlər yazılır ki, əməli tədbirlər görülsün. Hansı təşkilatlar ödənişi tamamilə ödəmirsə, onlarla icarə müqaviləsini yekunlaşdırırıq”.
İcarə və kommunal borclarını ödəyə bilməyən redaksiyalara qarşı tədbirlərə gəlincə, nəşriyyat uzun müddət ödənişləri vaxtlı-vaxtında etdiyi halda, bir neçə ay borclu qalan redaksiyalara qarşı sərt addımlar atmır:
"Reallığa söykənsək, qəti addım atıb, hansısa redaksiyanı nəşriyyatdan çıxartdıqda yerinə yeni redaksiyalar yerləşdirməyimiz çətin olacaq. Çünki Azərbaycanda qəzet, jurnal, çap mətbuatı təşkilatları elə də çox deyil. Ona görə, mətbuat evi redaksiyalara müəyyən güzəştlər edir. Hazırda "Azərbaycan”  Nəşriyyatında redaksiyaların sayı 200-ü keçib və qərəzli şəkildə borclarını ödəməyən mətbu təşkilat yoxdur”.
Nəşriyyatın məsul şəxsi onu da qeyd edib ki, bir neçə gün sonra mətbuat evinin dəhlizlərində elanlar yerləşdiriləcək:
"Hər ilin sonuna yaxın  borclarını ödəməyən redaksiyalara xəbərdarlıq məqsədilə bina daxilində elanlar yerləşdirilir. Yaxın vaxtlarda bununla bağlı müraciətlərimizi redaksiyalara çatdıracağıq”.