11 04 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

İ.Əliyev: Ermənistan Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olur

14.03.2023


Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüş zamanı Zəngəzur dəhlizi məsələsinə də toxunub.

Dövlət başçısı İlham Əliyev dəhlizin bütün region üçün alternativ dəhliz yarada biləcəyini diqqətə çatdırıb.
Eyni zamanda vurğulanıb ki, Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olur.
Almaniya Prezidenti verilmiş ətraflı məlumatlara görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Görüş zamanı regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.