10 ayda Aralıq dənizində 2 min miqrant həyatını itirib
08.11.2018
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR) bu ilin əvvəlindən Aralıq dənizində həlak olan miqrantların sayının 2 min nəfəri ötdüyünü açıqlayıb.
İtaliyanın ANSA informasiya agentliyi xəbər verir ki, bu rəqəm dənizdə boğularaq həyatını itirən miqrantların sayının kəskin surətdə artdığını göstərir. UNCHR bildirib ki, carı ilin sentyabrında dəniz yolu ilə köç etməyə çalışan hər səkkiz miqrantdan biri axtarış-xilasetmə işlərinin məhdudlaşdırılması üzündən həyatını itirib.