"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib. Onun sözlərinə görə, artıq indiyə kimi ondan çox tanker belə addım atıb:
"Transponderlər gəmilərə imkan verir ki, digər gəmilərlə toqquşmalardan qaçsınlar, limanlardakı dispetçerlərlə əlaqə yarada bilsinlər. Eyni taktikadan İran 2012-ci ildə də istifadə edib. İçi neftlə dolu bu cür tankerlərin qəzaya düşməsi nəinki insanların ölümünə, həm də ekoloji fəlakətə səbəb ola bilər”.