Paşinyan: Ermənistan Avrasiya İttifaqından çıxmaq fikrində deyil
14.03.2023
Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq fikrində deyil.
"DM" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O əlavə edib ki, Rusiya-Ukrayna trekində baş verən hadisələr Ermənistan üçün həm risklər, həm də imkanlar yaradır: "Vəziyyət sabit deyil. Bir tərəfdən, ötən il Ermənistanın Aİİ-nin digər ölkələri ilə ticarəti nəhəng həcmə çatıb. Bu, Ermənistan iqtisadiyyatı üçün mütləq fürsətdir. Amma digər tərəfdən, Ermənistanın anti-Rusiya sanksiyalarından yan keçməyə cəhd edib-etməməsi ilə bağlı Qərbdən narahatlıqlar səslənir".
Ermənistanın baş naziri hesab edir ki, bu, təhlükədir.