21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə MN “Taxıl sazişi”nin uzadılması ilə bağlı bəyanat yayıb

14.03.2023

Martın 13-də BMT-nin koordinasiyası ilə Cenevrədə BMT, Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında "Taxıl sazişi”nin uzadılmasına dair görüş baş tutub.

"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Rusiya onun qida məhsulları və gübrələrinin beynəlxalq bazarlara ixracının təmin olunacağı halda sazişin uzadılmasının tərəfdarıdır.

"Tərəflərin təşəbbüsün uzadılması istiqamətində atdıqları addımlar təqdirəlayiqdir. Bununla belə, nazirimiz Prezidentimizin tapşırığına uyğun olaraq, taxıl təşəbbüsünün fəaliyyətinin koordinasiyalı şəkildə və tərəflərin tələblərini nəzərə almaq şərti ilə davam etdirilməsi üçün həmkarları və aidiyyəti orqanlarla danışıqlarını davam etdirir”.

Bundan əlavə, Nazirlik "Taxıl sazişi” çərçivəsində bu günədək Ukraynadan 24 milyon ton taxıl ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə daşınıb.