Paşinyan:KTMT Ermənistandan çıxır
14.03.2023
Fikrimcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istəsə də, istəməsə də Ermənistandan çıxır.
"DM" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
O, bunun rəsmi İrəvan üçün narahatverici olduğunu bildirib:
"2022-ci ildə KTMT-nin baş katibi Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı ifadə səsləndirmişdi. Mən isə bildirmişdim ki, bizim qorxumuz KTMT-nin Ermənistandan çıxmasıdır”.