21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Naxçıvanda ətin qiyməti kəskin artıb

14.03.2023

"Naxçıvanda ət son günlər kəskin bahalaşıb. Bunun səbəbinin muxtar respublikadan ət ixracına qoyulan qadağanın aradan qaldırılması olduğu bildirilir”.

Yerli sakinlərin "Gündəlik Naxçıvan"a verdikləri məlumata görə, mal ətinin qiyməti 9 manatdan 14 manata, quzu əti isə 13 manatdan 18-ə qaldırılıb.

Şərur rayon sakini Zaur Nəsirov deyir ki, Naxçıvanda ətin qiyməti Bakıya nisbətən həmişə ucuz olub. Lakin sonuncu dəfə ət almağa gedəndə gözlərinə inanmayıb:

"İndiyə kimi bu cür qiymət artımı olmamışdı. Əvvəl qalxanda 1-2 manat qalxırdı. Naxçıvanda həmişə 3-4 manat ucuz olub ət. İndi isə bir neçə günün içində haradasa Bakı ilə eyni olub.

Son zamanlara qədər bazarda ən yaxşı mal əti 10-11 manata idi. Topdan daha da ucuz ala bilirdik. Yas yerimiz var idi, topdan həmişə aldığım yerdən ət almağa getdim. Əvvəllər topdan 8 manata aldığım dana ətini 13 manata dedilər. Pərakəndə qiyməti isə 14 manat olub. Pərakəndə satılan yaxşı quzu ətinin qiyməti 18 manatdır”.

Naxçıvanda on ildən artıqdır ki, qəssab işlədiyini deyən Rizvan Tağıyev bildirir ki, ətin qiymətinin qalxmasında onların heç bir günahı yoxdur:

"Əvvəllər Naxçıvandan ət və bir sıra məhsulların çıxarılmasına qadağa qoyulmuşdu. Buna görə də qiymətlər Bakıdan fərqli olaraq sabit qalırdı. İndi isə bu qadağa götürülüb. Bakıda da ət baha olduğu üçün bəzi alverçilər buradan kütləvi şəkildə bizim aldığımızdan baha qiymətə sahibkarlardan ət alır, Bakıya göndərirlər. Bu səbəbdən də qıtlıq yaranır. Sahibkarlar əti bizə deyil, baha qiymətə o işbazlara satırlar. Ona görə də biz də onlardan baha qiymətə almalı olduq. Bu isə qiymət artımına səbəb oldu”.