ÜST-dən şad xəbər
14.03.2023
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus əmindir ki, 2023-cü ildə COVID-19 pandemiyasına son qoyulacaq və bu xəstəliyə görə beynəlxalq fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq.
O, səhiyyəyə verdiyi töhfəyə görə medalla təltif edilərkən müvafiq bəyanatla çıxış edib. Bəyanatın mətni çərşənbə axşamı gecə ÜST-nin mətbuat xidməti tərəfindən yayılıb.
"Əminəm ki, bu il nə vaxtsa biz COVID-19-un ictimai səhiyyə sahəsində beynəlxalq narahatlıq doğuran fövqəladə hal və pandemiya kimi başa çatdığını söyləyə biləcəyik.
İndi biz, sözsüz ki, pandemiya zamanı olduğundan daha yaxşı vəziyyətdəyik”, - deyə Qebreyesus bildirib.