Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılacaq
14.03.2023
Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılacaq.
"DM"-nın xəbərinə görə, bu, Milli Məclisə daxil olan yeni qanun layihəsində əksini tapıb.
"Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılacaq.