Bakıda beynəlxalq konfransda müzakirə ediləcək məsələlər açıqlanıb
14.03.2023
31 fərqli ölkədən dünyanın tanınmış ekspert və mütəxəssisləri "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılacaq.
"DM" xəbər verir ki, bunu tədbirdən öncə mətbuat konfransında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov deyib.
Onun sözlərinə görə, Qərbdə baş qaldıran islamofobiya halları ilə bağlı qəbul edilən qanunlar, müsəlman icmalarının sıxışdırılması kimi neqativ hallar konfransda əsas müzakirə mövzusu olacaq.
"Azərbaycanın konfransa ev sahibliyi etməsi təsadüfi deyil. Əvvəla, ona görə ki, bu məsələlər Azərbaycanı da narahat edir. İkincisi, Azərbaycan İslam mədəniyyətinin bir parçasıdır. Nəhayət, Bakı hər zaman mədəniyyətlərarası və dinlərarası dialoqlarda əsas mərkəzlərdən biri olub", - o əlavə edib.