AB Rusiyaya qarşı şəxsi sanksiyaları uzadıb
13.03.2023
AB Ukraynaya qarşı müharibə səbəbindən Rusiyadan fiziki və hüquqi şəxsə qarşı şəxsi sanksiyaları uzadıb.
"DM" xəbər verir ki, bu barədə "Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Yozvyaka məlumat yayıb.
"Ukraynanın ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətlərə görə AB tərəfindən tətbiq olunan 1473 nəfər və 205 hüquqi şəxs üçün aktivlərin dondurulması və giriş qadağası altı ay uzadıldı. Heç kim siyahıdan çıxarılmayıb”, - məlumatda qeyd edilib.