Britaniya XİN başçısı Qazaxıstana səfər edəcək
13.03.2023
Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli 17-18 mart tarixlərində Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək və respublika rəhbərliyi ilə görüşəcək.
"DM" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan XİN rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
Astanaya səfəri zamanı Kleverli Prezident Kasım-Jomart Tokayev və Baş nazir Alixan Smailkov və Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşəcək.