21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Britaniya şirkəti Gədəbəydə mis zonası aşkarlayıb

13.03.2023

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." Gədəbəydə yerləşən Xarxar yatağında əhəmiyyətli mis minerallaşması aşkarlayıb.

Bu barədə bildirilib ki, minerallaşmanın ilkin kəşfiyyat modeli hazırlanıb. Hazırda geoloji blok modeli və açıq mədən işinin tədqiqi hazırlanır və yaxın həftələrdə dərc olunacaq.

"Anglo Asian” şirkəti "AzerGold” QSC-dən əldə edilmiş məlumatların və daxili geoloji sahə işlərinin dərindən nəzərdən keçirilməsi və yoxlanılması yolu ilə "Xarxar” faydalı qazıntı yatağında əhəmiyyətli minerallaşma aşkar edib. "AzerGold” QSC "Xarxar”da ümumi uzunluğu 4 923 metr olan 15 özülü qazma quyusu qazıb. Qazma quyularından üçü (ümumi 1140 metr) "AzerGold” QSC tərəfindən nümunə götürülüb və sınaqdan keçirilib. Geoloji əsas karotajı, nümunələrin götürülməsi və qalan qazma nüvəsinin təhlili "Anglo Asian” tərəfindən aparılıb. Şirkət həmçinin "AzerGold” QSC-dən əldə etdiyi geokimyəvi və geofiziki məlumatları, xəritələr və şərhedici hesabatları özündə əks etdirən digər məlumatları da nəzərdən keçirdiyini bildirir.

"Şirkət satın alındıqdan dərhal sonra "Xarxar”da əsas qazma proqramına başlayıb. O, həmçinin portal inşa edib və filiz gövdəsinə doğru kəşfiyyat tuneli hazırlayır”- deyə, açıqlamada deyilir.

Xatırladaq ki, "Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir