21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

DTX məhkəmənin ölmüş elan etdiyi terrorçunu tutub ölkəyə gətirib

13.03.2023

2023-cü ilin mart ayında İŞİD terror təşkilatının Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak edən üzvlərindən Salayev Şahin Yadigar oğlunun məhkəmə prosesi keçirilib.

"DM" xəbər verir ki, Şahin Salayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işində bir sıra maraqlı məqamlar var.

Belə ki, 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ələ keçirilərək Azərbaycana gətirilən, Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Şahin Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan olunub.

Hazırda "sənəd üzərində ölmüş” olan Şahin Salayev tutulduğu cinayət işi üzrə həbs tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, hakimin suallarını cavablandırmaqdan imtina edərək dünyəvi dövlətin məhkəmələrini tanımadığını deyib.