İran məhkəmələri 22 min etirazçını əfv edib
13.03.2023
İranın məhkəmə orqanları etiraz aksiyalarında iştirak edən 22 min nəfəri əfv edib.
"DM" xəbər verir ki, bu barədə İranın ədliyyə sisteminin rəhbəri Qulamhüseyn Möhsini Ajei İRNA-ya açıqlamasında bildirib.
Ajeinin sözlərinə görə, indiyədək 82 min insan, o cümlədən etiraz aksiyalarında iştirak edən 22 min nəfər əfv edilib.
Qeyd edək ki, İran dövlət mediası keçən ayın əvvəlində Ali Rəhbər Əli Xameneinin etiraz aksiyalarında həbs edilmiş bəziləri də daxil olmaqla, "on minlərlə" məhbusu əfv etdiyini bildirmişdi.
Xatırladaq ki, ötən ilin sentyabrında gənc qızın Əxlaq polisinin nəzarətində ölməsindən sonra İranı etirazlar bürüyüb.