Astarada qadın keçmiş əri tərəfindən öldürülüb - FOTO
13.03.2023
Astarada 30 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, hadisə rayonun Maşxan kəndində baş verib.
1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova keçmiş əri 1993-cü il təvəllüdlü Yusif Verdiyev tərəfindən kəsici deşici alətlə öldürülüb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Təfərrüat barədə əlavə məlumat veriləcək.