Azərbaycan prezidentinin Çexiyaya səfəri hazırlanır
07.11.2018
Azərbaycan prezidentinin Çexiyaya səfəri hazırlanır.
Bu fikirləri açıqlamasında Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.
"Hazırda Azərbaycan prezidentinin Çexiyaya səfəri və gündəliyin vaxtının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır”, - səfir bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin Çexiya səfəri 2019-cu ilin birinci yarısında gözlənilir.
Diplomat bildirib ki, 2019-cu ilin əvvəlində Bakıda İqtisadi əməkdaşlıq üzrə Azəraycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Gündəliyə enerji, tikinti və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri daxil edilib. Müzakirənin əsas mövzusu enerji sektorunda daha əvvəl əldə edilmiş razılaşmanın həyata keçirilməsidir.
"Azərbaycan bizim üçün vacib tərəfdaşdır. Çexiya sənaye və ticarət nazirinin Bakıya səfəri (sentyabrda baş tutan - red.) buna sübutdur. Bu, onun təyinatından sonra ilk xarici səfəri idi”, - səfir əlavə edib.