Qazaxıstan latın qrafikasına keçir
13.02.2018
Dövran Media Ria.Novostiyə istinadən xəbər verir ki, 2021-ci ildən Qazaxıstan latın qrafikalı pasport və şəxsiyyət vəsiqələrinin verilməsinə başlamağı planlaşdırır,- deyə, çərşənbə axşamı respublikanın mədəniyyət və idman nazirinin müavini Yerlan Kojaqapanov bildirib. Əvvəllər Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin 2025-ci ilədək latın əlifbasına mərhələli kecməsi haqqında fərman imzalayıb. O, bu məqsədlə qazax dilinin latın qrafikasına əsaslanan və 32 hərfdən ibarət əlifbasını təsdiq
edilməsi barədə qərar çıxarıb. Kojaqapanovun sözlərinə görə, 2024-2025- ci illərdə yerli icra orqanlarının,
dövlət KİV-in və dövlət mətbu nəşrlərinin, həmçinin təhsil təşkilatlarının mərhələli şəkildə latın qrafikasına keçirilməsi planlaşdırılıb”.