NATO-nun sabiq Baş katibi Ermənistana səfər edib
13.03.2023
NATO-nun sabiq Baş katibi, siyasi məsləhətləşmələr üzrə "Rasmussen Global" təşkilatının təsisçisi Anders Foq Rasmussen Ermənistanda səfərdədir.
"DM" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.
Görüşdə regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Qeyd edək ki, Rasmussen 2009-2014-cü illərdə NATO-nun Baş katibi postunda çalışıb. Bu, Rasmussenin Ermənistana ilk səfəri deyil, o, ilk dəfə 2012-ci ilin sentyabrında NATO-nun baş katibi olarkən İrəvana səfər edib.