21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının gecikmə səbəbi açıqlanıb

13.03.2023

Ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi doğru olardı.

"DM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

Nazir qeyd edib ki, lakin bundan əvvəl akademik muxtariyyətin nə olduğu qanunda vahid bir tarif şəklində öz əksini tapmalıdır:

"Qanun elə çevik formada yazılmalıdır ki, hökumətə və digər qurumlara daha səmərəli işləməyə imkan versin. Bəzən hansısa ölkə ilə saziş imzalamaq istəyirik, lakin qanunvericiliklə bunu tənzimləmək olmur. Ona görə Milli Məclisə gəlmək məcburiyyətində qalırıq. Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının ləngiməsi də qanunvericilikdə problemin olmasıdır".