ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb
13.03.2023
ABŞ və Cənubi Koreya "Freedom Shield" (Azadlıq qalxanı) adlı birgə hərbi təlimlərə başlayıb.
"DM" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təlimlər zamanı Şimali Koreyanın mümkün ola biləcək hücumlarını dəf etmək üçün ssenarilər həyata keçiriləcək.
Qeyd olunur ki, komanda-qərargah təlimləri kompüter simulyasiyalarına əsaslanır, Şimali Koreyanın nüvə silahı təhlükəsini və baş verə biləcək hücumun dəf edilməsi üzrə ssenarilər işlənib hazırlanır.
Həmçinin əlavə olunub ki, bu il keçirilən "Freedom Shield” təlimləri fasiləsiz olaraq 11 gün (23 marta qədər) davam edəcək.