Sahibə Qafarova Bəhreynə işgüzar səfərə gedib
10.03.2023
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti martın 10-da Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Manama Beynəlxalq Hava Limanında nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Nümayəndələr Palatasının sədri Əhməd bin Salman Əl-Musalam, Azərbaycanın Bəhreyndəki səfiri Şahin Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında çıxışı gözlənilir.