8:01:22 11 04 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib

10.03.2023

"Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanında dəyişiklik edilib. 

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. 

Dəyişikliyə qədər həmin Qanunun 18.1-ci, 18.2-ci, 18.2.1-ci maddələrində, 21-ci maddəsinin adında və 21.1.-ci maddəsində nəzərdə tutulmuş "müvafiq dövlət orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirirdilər.

Yeni fərmana əsasən, bu hissədən Energetika Nazirliyinin adı çıxarılıb, İqtisadiyyat Nazirliyinin adı daxil edilib.