05 04 2025-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Nazir: Azərbaycan Xəzər-Avropa "yaşıl enerji" dəhlizini qurmağı planlaşdırır

10.03.2023

"Azərbaycanın məqsədi tək özünün təmin edilməsi deyil, o, regionun, Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsi siyasəti aparır”.

"DM"-nın xəbərinə görə, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində "Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” adlı paneldə energetika naziri Pərviz Şahbazov bildirib.

Pərviz Şahbazov Prezident İlham Əliyevin dünən Forumun açılışında enerji ilə bağlı baxışlarını açıqladığını vurğulayıb: "Təhlükəsiz olaraq enerji resurslarının təchizatı çox önəmlidir. Bəzən infrastruktur kifayət etmir. Ona görə də Azərbaycan enerji dəhlizlərini şaxələndirməyə çalışır və bu layihələrin icrası üçün lazımi səy göstərir. Bugünkü geosiyasi vəziyyət enerji dəhlizlərinə də təsir göstərir”.

Energetika naziri qeyd edib ki, Azərbaycan Xəzər-Avropa "yaşıl enerji" dəhlizini qurmağı planlaşdırır: "Məqsəd Azərbaycanın "yaşıl enerji"sini Avropaya çatdırmaqdır. Bu məsələ gündəlikdə dayanır”.