23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Milli kulinariya sahəsində dərsliklər hazırlanır

10.03.2023

"Kulinariya sahəsinin tədrisi müəyyən edilməlidir. Artıq bununla məşğuluq".

"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu deyib.

O bildirib ki, bunun üçün Almaniya və İtaliyadan mütəxəssislər dəvət olunub.

"Azərbaycan milli kulinariya tarixi və milli kulinariya ənənəsi ilə bağlı dərsliklərin hazırlanmasına başlanılıb. Fransa ilə də müəyyən yanaşmalar var. Lakin bəzi siyasi məsələlərə görə, hələ işlər dayanıb. Amma İtaliya və Almaniya ilə memorandumlar imzalanıb. Düşünürük ki, tamamilə yeni yanaşma və metodologiya ilə tədris işini quracağıq".